19 İyul 2018 12:14
1 446
12 Punto 14 Punto 16 Punto 18 Punto

İndiki vəziyyətdə İranda rejim dəyişikliyi ölkəyə ciddi problemlər yaradacaq.

Teleqraf.com xəbər verir ki, bunu İranın keçmiş prezidenti Məhəmməd Rza Hatəmi deyib.

Keçmiş islahatçı dövlət başçısı İranda baş verən sosial-iqtisadi böhrana görə dini-siyasi hakimiyyətdəki islahatçı qanadın başçısı Prezident Həsən Ruhanini ittiham edib.

O, islahatçıların ölkənin problemlərini ciddiyə almadıqlarını, halbuki vəziyyətin göründüyündən də böhranlı olduğunu diqqətə çatdırıb və qeyd edib ki, Ruhaninin başçılıq etdiyi komanda siyasi məqsədləri naminə iqtisadi problemləri həll etmək istəmir:

“Siyasi rəhbərlik ağrımayan başa dəsmal bağlamaq istəyir. Digər yandan isə məsuliyyətdən qaçmağa cəhd edir. Mən xalqın problemlərinin həllindən ümidlərimi kəsmişəm.

Buyursunlar, sorğu keçirsinlər, bu vəziyyətdə İranda neçə nəfər qalmaq istəyəcək? Həsən Ruhani seçkilərdən əvvəl verdiyi vədlərin heç birini yerinə yetirmədi. Bacarmadığını etiraf etsə, nə olacaq? Başa düşə bilmirəm. O problemlərin həll edilməməsinin siyasi xarakterli olduğunu xalqa açıqlamalıdır. Səmimi olmaq lazımdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər