17 Avqust 2014 00:40
907
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanın şimal bölgələrində son iki gündür davam edən leysan yağışlar səbəbindən baş vermiş yer sürüşmələri nəticəsində 24 nəfər ölüb.

Yer sürüşmələri Uttarakxand ştatında qeydə alınıb. İnsanların bir qismi gecə saatlarında evlərinin uçması nəticəsində ölüb, bir neçə nəfəri uçqun altından çıxararaq xilas etmək mümkün olub.

Sinoptiklər qeyri-sabit hava şəraitinin yaxın günlərdə də davam edəcəyini proqnozlaşdırıblar. Rəsmi qurumlar insanların evakuasiyası işinə hərbçiləri cəlb etmək niyyətindədir.

/APA/


Müəllif:

Oxşar xəbərlər