20 İyul 2018 16:01
815
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lüks geyim markası olan “Burberry”nin ötən il 37.8 milyon dollar dəyərində məhsulu endirimlə satmamaq üçün yandırdığı məlum olub. Şirkətin bu qərarı isə etiraza səbəb olub.

Teleqraf.com “The Times”a istinadla xəbər verir ki, qərar məhsulların ucuz qiymətə “səhv insanlara” satılmaması üçün qəbul olunub.

Məhv edilən məhsulların 2014-cü illə müqayisədə 3 dəfə çox olduğu vurğulanıb.

Qeyd edək ki, şirkət təkcə son 5 ildə 116 milyon dollar dəyərində məhsulu məhv edib.


Müəllif: Ruslan

Oxşar xəbərlər