Vladimir İliç Lenin mavzoleyi və Kreml divarları nekropoluna giriş müvəqqəti olaraq dayandırılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Federal Mühafizə Xidmətinin mətbuat və ictimaiyyətlə əlaqələr mərkəzindən məlumat veriblər.
Bildirilir ki, buna səbəb iyulun 22-də Qızıl meydanda ali təhsil müəssisələrinin buraxılış mərasiminin keçirilməsidir.
Bundan əlavə Kremldən “Xilas qalası”na gedən yol da bağlı olacaq.