Gürcüstanın Acarıstan Muxtar Respublikasında yeni hökumət formalaşıb.
Teleqraf.com xəbər verir ki, yeni hökumətə Tornike Tijvadze rəhbərlik edəcək.
Acarıstan Ali Məclisi səs çoxluğu ilə yeni hökumətin tərkibini dəstəkləyib.
Qeyd edək ki, Tornike Tijvadze buna qədər Gürcüstanın Enerji və İnkişaf Fonduna rəhbərlik edib, habelə ölkənin enerji nazirinin müavini postunu tutub.
Acarıstanın əvvəlki hökumət başçısı Zurab Pataradze iyulun 4-də istefa verib. Bununla da Acarıstan hökuməti tam tərkibdə istefaya getməli olub. Pataradze istefa qərarından sonra bəyan etmişdi ki, yeni qurulacaq hökumətə dəstək verəcək.