Helsinkidə keçirilən sammitdən sonra Rusiya Prezidenti Vladimir Putindən müsahibə götürən ABŞ-ın “Fox News” telekanalının aparıcısı Kris Uolles həyat yoldaşı ilə birgə məzuniyyətini keçirmək üçün Rusiyaya yola düşüb.
Teleqraf.com xəbər verir ki, 70 yaşılı veteran jurnalist Moskva və Sankt-Peterburqu ziyarət edib.
“Mən demək olar, tərəddüd etmədim”, – deyə o, telefonla telekanalın efirinə qoşularaq bildirib.
Aparıcının sözlərinə görə, veriliş efirə getdikdən sonra onu Moskva və Sankt-Peterburq küçələrində tanıyıblar.
Qeyd edək ki, müsahibə Helsinki sammitindən sonra Rusiyanın Finlandiyadakı səfirliyinin binasında götürülüb və 35 dəqiqə davam edib.