Pakistanın Ketta şəhərində seçki məntəqəsi önündə partlayış törədilib.
Teleqraf.com xəbər verir ki, nəticədə 25 nəfər ölüb, 40 nəfər isə yaralanıb.
Qeyd edək ki, bu gün Pakistan Milli Məclisi və əyalət məclisinə seçkilər keçirilir. Səs vermə yerli vaxtla saat 08.00-da start götürüb.
Əyalət məclisilərində 577, Milli Məclisdə isə 272 yer uğrunda 12 mindən çox namizəd mübarizə aparır.
Pakistanda 105 milyondan çox insan səs vermə hüququna malikdir.