İsrail ordusunun zabitinə əl qaldırdığı üçün həbs edilən və son 8 ayı həbsdə keçirən gənc fələstinli qız Ahəd Təmimi azadlığa buraxılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “RİA Novosti”yə İsrail Penitensiar İdarəsinin mətbuat xidmətindən bildiriblər.
“Təmimi bu gün səhər həbsdən çıxdı”, – deyə idarənin rəsmi nümayəndəsi Asaf Librati bildirib. Hazırda qızı Fələstin ərazisinə aparırlar, orda onu həmyerliləri təntənə ilə qarşılayacaqlar.
Qeyd edək ki, 17 yaşlı A.Təmimi həmyerliləri üçün etirazın simvoluna çevrilmişdi. Yeniyetmə qız ABŞ səfirliyinin Qüdsə köçürülməsi qərarına etiraz aksiyaları zamanı həbs olunmuşdu.