Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Afrika səfəri zamanı bir müddət əvvəl həbs edilən Adnan Oktar haqqında danışıb.
Teleqraf.com xəbər verir ki, Ərdoğan Adnan Oktarın adını çəkmədən onu əxlaqsız adlandırıb və onu FETÖ ilə müqayisə edib:
“Ədəbi yerində deyil. Çox əxlaqsız bir şəxsdir. Son zamanlar gündəmdə olan şəxs kimi… Əxlaq cəhətdən yoxsul biridir. Sizin ona verdiyiniz uşaqları o, öz istədikləri kimi yetişdirir. Daha sonra da sistemin içinə daxil edərək, əməliyyatlar keçirirlər”.