Yeni Zelandiyada yaşayan ermənilər bu ölkənin baş naziri Jasind Ardernə müraciət edərək qondarma soyqırımla bağlı qərarını yenidən nəzərdən keçirməyə çağırıblar.
Teleqraf.com xəbər verir ki, Yeni Zelandiyada fəaliyyət göstərən Erməni Milli Komitəsi bununla bağlı xanım baş nazirə yazılı müraciət ünvanlayıb.
Hökumət başçısı hələlik ermənilərin müraciətinə cavab verməyib.
Jasind Ardern isə bundan əvvəl qondarma soyqırımı tanımadıqlarını açıqlayıb: “Osmanlı imperiyası dağılarkən ermənilər də digər xalqlar kimi ağır itkilərə məruz qaldılar. Biz bunu inkar etmirik. Biz hesab edirik ki, tərəflər məsləni öz aralarında həll edib təhlükəsizlik içində yaşamalıdırlar”.
Yeni Zelandiyadakı erməni diasporunun rəhbəri Xuri Yeldizyan baş nazirin mövqeyini “qəbuledilməz” adlandırıb.