14 Avqust 2018 22:36
1 816
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 14-də İtaliyanın Genuya şəhərində avtomobil körpüsünün uçması nəticəsində ölənlərin sayı 35 nəfərə çatıb.

Hadisə qurbanları barədə son məlumatları İtaliyanın nəqliyyat nazirinin müavini Eduardo Riksi verib.

"Onlar 70 metr yüksəklikdən düşüblər. Bu faciədir, əsl fəlakət", - deyə "Il Mattino" nəşri siyasətçinin sözlərini sitat gətirib.

Qəza nəticəsində onlarla insan ciddi xəsarət alıb. Onların arasında körpü uçan zaman üzərində olanlarla yanaşı, yaxınlıqda yerləşən və dağıntıya məruz qalan evlərin sakinləri də var. Onlarla insan itkin düşmüş hesab edilir.

18:39

Genuyada körpünün çökməsi nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb.

Bu barədə İtaliyanın nəqliyyat nazirinin müavini Eduardo Riksi bildirib ki, hadisə nəticəsində 22 nəfər ölüb, 10 nəfər isə itkin düşüb.

***

16:29

İtaliyada onlarla insanın ölümü ilə nəticələnən körpünün çökməsi olayına 45 dəqiqəlik fırtına səbəb olub.

Faciə sonrası hadisə yerinə gələnlər körpünün çökməsinə fırtınanın səbəb olduğu qənaətinə gəliblər. Hazırda hadisə yerində xilasetmə işləri davam etdirilir.

***

15:42

İtaliyanın Genuya şəhərində avtomobil körpüsü çöküb.

Teleqraf.com xəbər verir ki, hadisə nəticəsində çoxlu sayda insan həyatını itirib.

Çoxlu sayda yaralı var. Hadisənin başvermə səbəbi araşdırılır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər