Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
Teleqraf.com kreml.ru-ya istinadla xəbər verir ki, telefon danışığı Nikol Paşinyanın təşəbbüsü ilə reallaşıb.
Tərəflər gündəmin aktual mövzuları ətrafında fikir mübadiləsi aparıb, ümumi inteqrasiya birləşmələrində, xüsusilə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində qarşılıqlı əlaqə məsələlərini müzakirə ediblər.