Türkiyənin məşhur müğənnisi Sibel Can Bodrumda Antik Teatrda verdiyi konsertdə izdiham yaşanıb.
Teleqraf.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Nur Yeşiltaşın dizayn etdiyi başdan aşağı dekolteli libas seçən sənətçi tamaşaçıların diqqətini özünə çəkib.
Köhnə və yeni albomlarından mahnılar ifa edən Sibel Can qara dekolteli əlbisədə performansı ilə 3 min tamaşaçı heyran qoyub. Heyranlarından enerji aldığını söyləyən müğənni ard-arda konsert verdiyi üçün xoşbəxt olduğunu bildirib: “Həmişə deyirəm ki, səhnədə çox xoşbəxtəm, özümü yaxşı hiss edirəm. Allah can sağlığı versin, həmişə tamaşaçılarımla bu cür göz-gözə, könül-könülə olmaq istəyirəm”.