21 Avqust 2018 17:18
927
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mütəşəkkil cinayətkar qrup yaratmaqda ittiham edilərək həbs olunan Türkiyənin məşhur din adamı Adnan Oktarla bağlı daha bir faktın üstü açılıb.

Teleqraf.com xəbər verir ki, onun hər ay Qazaxıstandakı şirkətindən 1 milyon dollar aldığı məlum olub.

Qazaxıstandan gələn pullar Adnan Oktarın Türkiyədəki qruplaşması üçün xərclənib. Pulların böyük hissəsi İstanbula nağd olaraq gətirilib. Bir hissəsi də ayrı-ayrı şəxslərin adlarına müxtəlif banklar vasitəsilə göndərilib.

Eyni zamanda, Adnan Oktarın Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki şirkətlərindən də külli miqdarda maddi vəsait əldə etdiyi faktı ifşa edilib. Ayda bir neçə dəfə həyata keçirilən pul transferində Dubaydan 300 min dollar göndərilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər