Avqustun 29-da iş adamı Səlim Səlimoğlu ilə ailə qurmağa hazırlaşan müğənni Bengü özünə xına gecəsi edib.
Teleqraf.com “Qafqazinfo”-ya isitnadən xəbər verir ki, gecəyə sənətçinin yaxınları və müğənni dostları qatılıb. Bengü xınasında modelyer Rəşid Bağzıbağlının hazırladığı libası geyinib.
Qeyd edək ki, Bengü ilə Səlimin toyu ona sərf olunan pulla da gündəmdədir. Belə ki, cütlüyün toyu 1 milyon lirəyə (təxminən 500 min manat) başa gələcək.