31 Avqust 2018 12:05
1 068
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan “Credit Erevan" və “Lev Marsed” şirkətlərinin səhmlərini oğurlamaqda ittiham edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.

Bir müddət əvvəl sözügedən şirkətlərin səhmlərinin oğurlanması, yaxud zorakılıq yolu ilə ələ keçirilməsi barədə cinayət işi açılıb.

Bundan əlavə, bir sıra iş adamlarının şəxsi əmlaklarının zorakı vasitələrlə mənimsənilməsi, İrəvan Texnika Fabrikinin səhmlərinin ələ keçirilməsi faktları da aşkar edilib.

İttiham öz təsdiqini tapacağı halda, Ermənistan Cinayət Məcəlləsinin müvafiq maddəsi (maddə 178) üzrə keçmiş prezidenti 2 ildən 8 ilədək həbs cəzası gözləyir.

Qeyd edək ki, 2009-cu ildən fasilələrlə davam edən məhkəmə prosesi hələ də yekunlaşmayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər