31 Avqust 2018 14:15
2 399
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erməni əsilli amerikalı milyonçu, peşəkar poker oyunçusu Den Bilzaryan Azərbaycanda ona qarşı açılmış cinayət işindən danışıb.

Teleqraf.com xəbər verir ki, o, “People” jurnalına açıqlamasında Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsini sadəcə turist kimi ziyarət etdiyini bildirib.

Bilzaryan Azərbaycanın ittihamlarına belə cavab verib: “Heç vaxt Azərbaycana gəlməyəcəyəm”.

Qeyd edək ki, Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edən Den Bilzaryan barəsində beynəlxalq axtarış elan edilib.

Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib ki, Den Bilzaryan Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər etdiyinə görə onun adı XİN-in "arzuolunmaz şəxslər" siyahısına daxil ediləcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər