2 Sentyabr 2018 18:45
1 490
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan müdafiə nazirinin keçmiş müavini, Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki separatçıların keçmiş “baş naziri” Artur Ağabekyana qarşı cinayət işi açılıb.

Teleqraf.com xəbər verir ki, o, Ermənistan Silahlı Qüvvələrinə bağlı Martik Fondunun vəsaitlərini mənimsəməkdə təqsirli bilinir.

Cinayət işi cari ilin iyul ayında Parlamentdəki Yelk fraksiyasının üzvü Anahit Baxışanyan tərəfindən verilmiş ifadələr əsasında açılıb.

Məlum olub ki, Artur Ağabekyan ayrı-ayrı vaxtlarda və müdafiə nazirinin müavini olarkən, Ermənistanın müdafiə büdcəsi üçün nəzərdə tutulmuş vəsaitləri mənimsəyib. O, buy olla hərbi büdcədən 110 min dollar pul oğurlayıb.

Artur Ağabekyanın Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hökumətdə təmsil olunan Daşnaksütyun Partiyasının nümayəndəsidir.

Qeyd edək ki, son vaxtlarda Daşnaksütyun və Paşinyan arasında münasibətlər gərginləşib. Buna səbəb partiya rəhbərliyinin keçmiş prezident Robert Köçəryanın həbs edilməsinə etiraz etməsi olub. Partiya bunu “siyasi sifariş” adlandırıb.

Daşnaksütyun bundan sonrakı fəaliyyətində Köçəryanla birgə hərəkət edəcəyini də istisna etməyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər