5 Sentyabr 2018 13:18
1 491
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT-nin bu ilki sessiyasında kritik bir səhnə yaşanacaq.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu ay keçiriləcək BMT sessiyasında İran məsələsini müzakirəyə çıxaracaq.

Sentyabrın 26-dakı müzakirələrə Tramp moderatorluq edəcək.

“Avronyus”un xəbərinə görə, BMT sessiyasının 25 sentyabr iclasında İran Prezidenti Həsən Ruhaninin proqrama uyğun çıxışı gözlənilir.

Lakin Ruhaninin bir gün sonra, sentyabrın 26-da keçirilməsi planlaşdırılan və Donald Trampın rəhbərlik edəcəyi iclasda da çıxış etmək tələbi qoyacağı istisna deyil.

ABŞ-ın BMT-dəki daimi təmsilçisi Nikki Haley deyib ki, Trampın sədrliyi ilə keçən iclasda Ruhaninin çıxış etmək istəyinə etiraz olmayacaq.


Müəllif: Cavad

Oxşar xəbərlər