9 Sentyabr 2018 17:25
887
12 Punto 14 Punto 16 Punto 18 Punto

Estoniya Prezidenti Kresti Kalyulayd bazar günü Tallin yarımmarafon qaçışında iştirak edib. O, nəzərdə tutulan 21,1 kilometrlik məsafəni uğurla qət edib.

Teleqraf.com xəbər verir ki, bu barədə yarışın təşkilatçıları bildiriblər.

“Prezident Kalyulayd 21,1 kilometr məsafəni 1 saat 50 dəqiqə 13 saniyə ərzində qət edib. Bu nəticə onu 929 qadın arasında ümumi hesabda 157-ci yerə çıxarıb. Ümumilikdə, yarımmarafonda 4 mindən çox adam iştirak edib”, – deyə məlumatda bildirilir.

Qeyd edək ki, K.Kalyulayd aktiv həyat tərzi keçirir. O, vaxtşırı qaçış, xizək və konkisürmə marafonlarında iştirak edir.

Səxavət


Müəllif: Səxavət

Oxşar xəbərlər