Dağıstan parlamenti bu gün respublikaya yeni rəhbər seçiblər.
Teleqraf.com xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Dağıstan Xalq Məclisinə təklif etdiyi üç namizəd- Vladimir Vasilyev, Kamil Davdiyev və Mahmud Mahmudovun namizədlikləri parlamentdə səsə qoyulub. səsverməyə çıxarılıb.
86 deputatdan 77-si Vladimir Vasilyevin namizədliyini dəstəkləyib.
Kamil Davdiyevə 5, Mahmud Mahmudova isə cəmi 4 deputat səs verib.