16 Sentyabr 2018 01:14
1 627
12 Punto 14 Punto 16 Punto 18 Punto

Norveç və Hollandiya barədə məxfi məlumatları yaymaqla məşhurlaşan Vikiliks (Wikileaks) saytının kiber təhlükəsizlik mütəxəssisi Aryen Kampuis Norveçdə yoxa çıxıb.

Teleqraf.com xəbər verir ki, bu barədə mütəxəssisin dostu, siyasətçi Anşilla van der List tvitter hesabında məlumat yayıb.

Tvitter profilində özünü kiber təhlükəsizlik mütəxəssisi kimi təqdim edən 47 yaşlı Kampuis dağa qalxmaq üçün Norveçə gedib. Lakin avqustun 20-də qaldığı mehmanxanadan ayrılıb. Bundan 2 gün sonra Kampuis Amsterdama uçmalı idi, lakin həmin gün o bu təyyarəyə minmədi.

Norveç polisi məsələ ilə əlaqədar araşdırmaya başladığını bildirsə də, əlavə məlumat verməyib.

Tvitter-də isə holland mütəxəssislə bağlı ilginc məlumatlar yayılıb. İddiaya görə o, Kremllə bağlı məxfi məlumatları yaydığı üçün Rusiya kəşfiyyatı tərəfindən oğurlanıb. Lakin bu iddia öz rəsmi təsdiqini tapmayıb.

Ən son iddialardan birinə görə o, Norveçdə gəzintiyə çıxdığı meşələrdən birində yoxa çıxıb. Anşilla List yetkililərdən həmin bölgədə araşdırmanın başlamasını tələb edib.

Aryen Kampuisin yoxa çıxması ətrafında yaranmış müəmmanı daha da mürəkkəbləşdirən iddia isə avqustun 30-da onun mobil telefonundan 20 saniyəlik siqnalın alınmasıdır.

Son olaraq isə avqustun 20-dən yoxa çıxmış Kampuisin əşyalarının bir balıqçı tərəfindən Bodo şəhərinin dəniz sahillərindən tapılmasıdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər