17 Sentyabr 2018 15:24
2 261
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın İdlib bölgəsi ətrafında vəziyyət gərgindir.

Teleqraf.com xəbər verir ki, Türkiyə və Rusiya prezidentləri arasında Soçidə keçiriləcək görüş barədə açıqlama verərkən, Kremlin mətbuat katibi Dmitri Peskov belə deyib.

Onun sözlərinə görə, İdlibdəki son vəziyyət Türkiyə və Rusiya liderləri arasında belə bir görüş zərurətini ortaya çıxarıb:

“İdlibdə vəziyyət gərgindir. Rusiya və Türkiyə arasında bu məsələyə dair fikir ayrılıqları var. Bu da ən ali səviyyədə bir görüşün keçirilməsi zərurətini yaradır”.

Lakin Peskov görüşün əsas detalları barədə məlumat verməyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər