17 Sentyabr 2018 17:07
1 201
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın sabiq prezidenti Robert Koçaryanın mətbuat katibi Viktor Saqomonyan açıqlama verib.

Teleqraf.com erməni mətbuatına istinadla xəbər verir ki, bir neçə gün öncə Ermənistanın baş naziri Nikol Paşinyan Rober Köçəryanı “siyasi meyit” adlandırıb.

Viktor Saqomonyan 3 gün keçməsinə baxmayaraq Köçəryandan cavab gəlməməsinin səbəbini açıqlayıb:

“Biz ona qəsdən cavab vermədik. Birincisi, onun səviyyəsinə düşmək istəmirik. Bundan əlavə, hələ ki bir qədər səbirli olmağımız vacibdir. Davidaşenede onun pafoslu çıxışından sonra, Paşinyanın bir çox problemləri olduğunu gördük. Bu problemlər şərh tələb etmir, ciddi narahatlıq yaradır”.

Mətbuat katibi “Yerevan.Today” saytında başlanan axtarışlara da münasibət bildirərək, detallar aydınlaşdıqdan sonra bu barədə fikirlərini bildirəcəklərini deyib.


Müəllif: Mirvari Əzizova

Oxşar xəbərlər