18 Sentyabr 2018 10:44
1 090
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət katibi Mayk Pompeo ölkəyə daxil olan mühacirlərin sayını azaltmaq barədə qərar verdiklərini bildirib.

Teleqraf.com xəbər verir ki, mühacirlərin ümumi sayı 15 min nəfər də azaldılaraq 30 minə çatdırılacaq.

Pompeonun verdiyi açıqlamaya əsasən, bu il ABŞ ümumilikdə 45 min mühacir qəbul edib. Gələcək il üçün bu rəqəm 30 mindən çox olmayacaq.

Qeyd edək ki, Barak Obamanın prezidentliyi dövründə mühacirlərinin qəbulu kvotasının 45 min müəyyən edilməsi ölkədə narazılıqlar yaradırdı.


Müəllif: Mirvari Əzizova