ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilməyəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın Xarici işlər naziri Zohrab Mnatsakanyan açıqlama verib.
Onun sözlərinə görə, belə bir görüşün keçirilməsi uzun hazırlıq tələb edir.
Qeyd edək ki, Nikol Paşinyan yaxın günlərdə BMT-nin Nyu Yorkda keçiriləcək sammiti çərçivəsində ABŞ prezidenti ilə görüşməyi planlaşdırırdı. Bununla bağlı rəsmi İrəvandan Ağ Evə müraciət edilmişdi.