Qazaxıstanda ilk dəfə kimyəvi üsulla cinsi orqandan məhrumetmə əməliyyatı aparılacaq.
Teleqraf.com Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Əməliyyat Türküstan əyalətində həyata keçiriləcək. Uşaqlara təcavüz səbəbi ilə həbs edilən şəxs Cinayət Məcəlləsindəki dəyişikliyə əsasən kimyəvi üsulla axtalanacaq
Qeyd edək ki, Qazaxıstanda pedofilizm üstündə tutulan şəxslərin cinsi orqandan məhrum olması barədə qərar 2016-cı ildə ölkə prezidenti Nursultan Nazarbayev tərəfindən verilib.