22 Sentyabr 2018 15:19
1 595
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-dakı türk və müsəlman toplumu BMT-nin 73-cü sessiyasında iştirak üçün Nyu-Yorka səfər edəcək Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yolunu gözləyir.

Teleqraf.com xəbər verir ki, Ərdoğan ABŞ-a səfəri çərçivəsində ilk olaraq Türk-Amerika Komitəsi tərəfindən təşkil olunan tədbirə qatılacaq.

Artıq Türk-Amerika Komitəsi Bruklində keçiriləcək görüşlə bağlı hazırlıq işlərini yekunklaşdırıb.

Təşkilatın rəhbəri Hüseyn Əhməd bildirib ki, Ərdoğanın onlar üçün anlamı böyükdür: “Ərdoğan bütün dünyadakı müsəlmanlara dəstək olur. Suriya, İraq, Misir və Yəmən daxil olmaqla hər yerdə ədalətsizliyə qarşı çıxır”.

Rəcəb Tayyib Ərdoğanın ABŞ səfəri sabah başlayacaq.


Müəllif: Cavad

Oxşar xəbərlər