Bu gün Moskvada temperatur rekord həddə çatıb.
Teleqraf.com Rusiya mediasına istinadla xəbər verir ki, belə bir məlumatla “Fobos” agentliyi çıxış edib.
Havanın temperaturunun bu gün 26 dərəcə olub. Bununla da 1994-cü ildən sonra ölkədə ən isti hava müşahidə edilib.
Sinoptiklər xəbər verir ki, sabahdan hava qaydaya düşəcək.