25 Sentyabr 2018 09:19
3 239
12 Punto 14 Punto 16 Punto 18 Punto

1970-cü il fevralın 21-də Livanın Nəhr-əl Bared Fələstin düşərgəsinə İsrail xüsusi xidmətinin hücumu nəticəsində xeyli insan öldürülüb.

Öldürülən şəxslər arasında 10-a yaxın Türkiyə vətəndaşı da olub.

Teleqraf.com Gözən və Cəfər Topçu, Kərim Öztürk, Gürol İlban, Şükrü Öktü, Yügel Özbək, Əli Kiraz və Əhməd Özdəmirin ölümünə səbəb olan o məşhur hadisə ilə bağlı məqaləni təqdim edir:

İsrail komandoslarının Livandakı Fələstin Azadlıq Təşkilatının düşərgəsinə hücumundan sonra saatlarla davam edən silahlı qarşıdurma baş verib. 32 yaşlı Bora Gözən öldürüldükdən sonra “Mossad” onu süngüdən keçirib. Boranın dostları isə tüfəngi işə salmaq istəyərkən, qətlə yetirilib. Əli Ərgün və Hüseyn Tüysüz isə bu davadan yaralı da olsa, sağ çıxa biliblər. Hadisə yerində jurnalist Çingiz Çandar da olub. Hadisədən əvvəl Fələstin kampından yoxa çıxan jurnalistdən bir müddət məlumat olmayıb. Faiq Bulud adlı şəxs isə əsir alınaraq İsrailə aparılıb. İsraildə Buluda 7,5 il həbs cəzası verilib.

Bu dəhşətli hadisədən illər sonra Türkiyə kəşfiyyatının tanınmış simalarından olan Mehmet Eymür “Qətliamı İsrail həyata keçirib” deyərək, bəzi etiraflar edib.

Qeyd edək ki, Fələstinin apardığı mübarizənin Türkiyəyə hər zaman ciddi təsirləri olub. O dövrdə Türkiyənin İşçi Kəndli Partiyasının (TİKP)Mərkəzi Komitəsinin üzvü Bora Gözəl bir qrup dostu ilə Fələstinə dəstək məqsədilə Livana gedib. O, Türkiyədə solçulara məxsus dərginin rəhbəri olub. Malatiyada sol mübarizənin önündə gəlib. Türkiyə solçularının gənclik qanadının liderlərindən hesab olunurmuş.

Milli İstihbarat Təşkilatının Terrora Qarşı Mübarizə Mərkəzinin sabiq rəhbəri Mehmet Eymur isə səkkiz türk solçusunun Fələstin kampında necə məhv edildiyini 2010-cu ildə açıqlayıb. Eymur iddia edib ki, bu əməliyyat MİT ilə ABŞ və İsrail xüsusi xidmət orqanlarının əməkdaşlığı ilə həyata keçirilib. Onun iddiasına görə, 1973-cü ilin yanvar ayında fələstinli “Qara sentyabr” təşkilatının bir qrup üzvü Türkiyə vasitəsilə Avropaya keçərək terror aktları həyata keçirmək niyyətində olublar. Lakin bu qrup Türkiyədə həbs edilib. Onların dindirilməsində “Mossad” üzvləri də iştirak edib. Məhz bu dindirilmə zamanı Fələstin kampında qalan türk vətəndaşların yerləri müəyyən olunub. Sonradan Türkiyə bu terrorçuları sərbəst buraxıb. Türkiyəyə gələn “Mossad” qrupu isə İsrailə döndükdən sonra Nəhr-əl Bared Fələstin düşərgəsində əməliyyat keçirmək qərarı verib.

“Türkiyədə saxlanılan “Qara sentyabrın” üzvlərinin dindirilməsi başa çatdıqdan sonra terrorçular haqqında hər hansı bir qanuni tədbirlərin görülməməsi və Suriyaya deportasiya edilməsi haqqında təlimat verildi. Israildən gələn mütəxəssislər ölkələrinə qayıtdı”,- MİT-in dünyasını dəyişən səlahiyyətlisi belə deyib.

O əlavə edib ki, bu hadisədən 2-3 gün sonra bəlkə də Suriyaya deportasiya olunan terrorçular Livana çatmamış dünyanın məşhur xəbər agentlikləri İsrailin Fələstin kampında əməliyyat keçirdiyi haqda xəbər yayıb. İsrailin təhlükəsizlik qüvvələri terrorla mübarizədə əməkdaşlıq çərçivəsində türk kəşfiyyatından aldığı informasiyanı vaxt itirmədən əməliyyata çevirib.

Xatırladaq ki, 2012-ci ildə Türkiyədə “Ergenokon” cinayət işində şahid kimi iştirak edən Eymur Doğu Pərinçək və Fərid İlsevərin sualına cavab olaraq bu hadisə ilə bağlı fikirlərini təsdiq edib.

Bir zamanlar MİT-də işləyən Səbahəddin Savaşman da 1996-cı ildə nəşr etdirdiyi kitabında Nəhr-əl Bared kampına edilən hücumda Hiram Abbas və Mehmet Eymurun əli olduğunu qeyd edib.


Müəllif: Cavad

Oxşar xəbərlər