24 Sentyabr 2018 23:45
3 324
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə və Rusiya atəşkəslə bağlı anlaşma əldə etdikləri bir zamanda Suriya prezidenti Bəşər Əsəd 400 İŞİD-çini İdlibə göndərib.

Teleqraf.com xəbər verir ki, bu barədə Suriya İnsan Haqları Təşkilatı məlumat yayıb. Qeyd olunur ki, Soçidə Türkiyə və Rusiya İdlibin təhlükəsiz bölgə olmasına dair razılığa gəlsələr də, Əsəd bu anlaşma fonunda hiylələrə əl atır.

Məlumata görə, bölgədə hələ də mövcudluğunu davam etdirən İŞİD yaraqlıları ilə
Əsəd hökuməti arasında razılıq əldə olunub. Razılığa əsasən 400 İŞİD-çi müxtəlif formada İdlibə daxil olub burada qarışıqlıq yaradır və Əsəd ordusunun bura daxil olması üçün bəhanə yaradır.

Bildirək ki, Suriya hökuməti Türkiyə və Rusiya arasında İdlibdə atəşkəsin əldə olunmasına dair razılığa qarşı çıxıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər