26 Sentyabr 2018 15:58
1 445
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da Çin kəşfiyyatının casusu həbs edilib.

Teleqraf.com xəbər verir ki, o, ABŞ-dan olan alimləri yoldan çıxarmaqda ittiham olunur.

Çindən gələn casus Tzi Çaokunuya verilən tapşırığa əsasən, o, amerikalı alim və mühəndisləri müxtəlif yollarla Çin hökumətinə işləməyə təhrik etməli imiş.

Tzi Çaokunuya 8 alim haqda məlumatları Çin kəşfiyyatına ötürməyə müvəffəq olub. Alimlərin bir neçəsi yeni hərbi texnologiya üzrə mütəxəssisdir.

Hadisə rəsmi Pekin və Vaşinqton arasında böyük qalmaqala səbəb olub.


Müəllif: Mirvari Əzizova

Oxşar xəbərlər