5 Oktyabr 2018 18:57
1 079
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vaşinqtonda iki cəbhədə müharibə apararaq nə dərəcədə uğur qazana biləcəkləri qiymətləndirildi.

Teleqraf.com xəbər verir ki, “Heriteyc” fondunun (Heritage Foundation) apardığı araşdırmalara əsasən Pentaqon iki cəbhədə müharibəyə başlayarsa bu ABŞ-ın sonu olar.

Qeyd olunur ki, ABŞ-ın xarici düşmənləri – Rusiya, Çin, Şimali Koreya, İran və terrorizm Pentaqon tərəfindən “4+1” sistemi adlandırılır.

Fondun ekspertləri qeyd edir ki, Avropa ölkələri üçün ən böyük təhlükə Rusiya, Yaponiya və Cənubi Koreya üçün isə Çindir. Şimali Koreyanın isə artıq get-gedə təhlükə riski azalır.

Qeyd edək ki, hər iki cəbhədə müharibəyə başlamaq üçün Pentaqonun bölgədə 50 hərbi briqadası, 400 gəmisi, 1864 hərbi təyyarəsi və 36 batalionu yerləşdirilib.


Müəllif: Mirvari Əzizova

Oxşar xəbərlər