6 Oktyabr 2018 09:47
1 236
12 Punto 14 Punto 16 Punto 18 Punto

Donald Trampı, Vladimir Putini və Britaniya kraliçasını zəhərləməyə cəhd göstərilib.

Teleqraf.com xəbər verir ki, bu cür ağla sığmaz əməl ABŞ-ın veteran dənizçisi Uilyam Allen tərəfindən törədilib.

Bir neçə gün öncə Pentaqonda poçtdan tapılan zəhərli zərflər barədə araşdırma aparan FTB bu məsələyə görə veteran hərbiçini saxlayıb. Onun evində axtarışlar zamanı xeyli sayda kimyəvi maddə və ritserin aşkar edilib.

Məlum olub ki, 39 yaşlı Uilyam zərfləri Pentaqon rəhbəri Ceyms Mettisə və ABŞ Hərbi Dəniz Qüvvələri komandanı Con Riçardsona da göndərib.

Onun ifadəsi isə təhqiqatçıları şoka salıb. Uilyam qeyd edib ki, bu cür zəhərli zərfləri daha 3 nəfərə - Ağ Ev rəhbəri Donald Trampa, Rusiya prezidenti Vladimir Putinə və Britaniya kraliçası II Yelizavetaya göndərib.

Məktublar 24 sentyabr tarixində yola salınıb və ünvana çatıb-çatmaması barədə məlumat yoxdur. Veteran hərbçi bunu “III Dünya Müharibəsi”nin qarşısını almaq üçün etdiyini vurğulayıb.

Artıq faktla bağlı hər iki ölkənin səlahiyyətli şəxslərinə məlumat verilib.


Müəllif: Mirvari Əzizova

Oxşar xəbərlər