6 Oktyabr 2018 18:44
928
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbuldakı Fənər Rum Patriarxı Yunan Kilsəsi ilə böhran yaşayır.

Teleqraf.com xəbər verir ki, Yunan kilsəsinin lideri, Afina Baş yepiskopu Yeronimos dünən Patrik Bartolomeos ilə görüşünü son anda təxirə salıb.

Yunan yepiskopun görüş tədbirini təxirə salmasından bir gün əvvəl Yunanıstan Dövlət Şurası Fənər Rum cəmiyyəti haqqında qərar verib.

Şura Afinada olan kilsələrdən birində dini ayinlərin Fənər Rum Patriarxına aid olduğu haqda qərar çıxarıb.

Bu qərar faktiki olaraq Afinadakı kilsələrdən birinin Yunan Kilsəsi liderlərinin icazəsi və razılığı olmadan Fənər Rum Patriarxına aid olması anlamını daşıyır.


Müəllif: Cavad

Oxşar xəbərlər