Rusiya-ABŞ münasibətlərindəki problemləri nəzərə almamaq böyük səhvdir. İkitərəfli münasibətlərdə problemlər o vaxt ortaya çıxır ki, nüvə dövründə silahlanma yarışı güclənir və bu, dünyanı fövqaladə təhdid qarşısında qoyur.
Teleqraf.com xəbər verir ki, bu barədə “The National Interest” jurnalında dərc olunmuş analitik məqalədə deyilir.
Nəşr qeyd edir ki, beynəlxalq ictimaiyyət Moskva və Vaşinqton arasında baş verən “soyuq müharibə”nin təhlükəli əlamətlərinin fərqində deyil:
“Halbuki hər iki ölkə strateji nüvə silahlarının yeni nəslini yaratmaq üçün milyardlarla dollar xərcləyir. Bu silahların dünyanın təhlükəsizliyini təhdid edən bölgələrdə yerləşdirilməsi isə “soyuq müharibə”nin yenidən alovlandığı dönəmdə təhlükəli tendensiyadır”.
Məqalə müəllifi Qoldşteyn “Voennoe obozrenie” saytında dərc edilmiş məqaləyə də istinad edir:
“Min döyüş başlığı yerinə “Bulava”: Bəs “Bulava” Rusiyanı xilas edəcəkmi?”. Lakin ABŞ-ın raket əleyhinə müdafiə sistemi Rusiyaya nisbətən daha müasirdir və daha təhlükəsizdir. Rus mənbəsi də Amerikanın ballistik raket donanmasına yüksək qiymət verir. Buna baxmayaraq, Rusiyanın gərgin reaksiyası şübhələri artırır və Rusiyanın dəniz diblərində hansı silahları gizlətdiyi o qədər də məlum deyil.
Digər yandan, Vaşinqtonun “nüvə düyməsi” üzərində gəzən barmaqları gərgin olan Rusiyanı bir qədər də narahat edir. Vaşinqton isə Kremlin su dəhlizlərində gizlətdiyi “Nüvə üçlüyü”nün Amerikanın maraqlarına cavab verib-vermədiyini bilmir”.
Müəllif belə qənaətə gəlir ki, Rusiya və ABŞ arasındakı yeni dönəm “soyuq müharibə” ayrı-ayrı ölkələri də əhatə edə bilər: “Bu isə ABŞ və Rusiyanın su altında toqquşmaq riskini artırır. Reallığa yaxın olan bu ssenarinin böyük dağıntılar və fəlakətlərə yol açacağı labüddür”.