11 Oktyabr 2018 20:45
1 084
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət katibi Mayk Pompeo Türkiyə ilə Birləşmiş Ştatlar arasında gərginliyə səbəb olan rahib Endryu Branson barədə yeni açıqlama verib.

Teleqraf.com xəbər verir ki, Mayk Pompeo İzmirdə ev dustağı olan Endryu Bransonun 4-cü məhkəmə iclasına bir gün qalmış rahibin sərbəst buraxılmasının vacibliyini vurğulayıb:

“Onun sərbəst buraxılması Türkiyə və ABŞ münasibətləri baxımından da önəmli addım olacaq”.

Qeyd edək ki, İzmirdə ev dustağı olan Endryu Bransonla bağlı oktyabrın 12-də məhkəmə prosesi keçiriləcəyi gözlənilir.

Endryu Branson casusluqda, PKK və FETÖ terror təşkilatları ilə əlbir olub cinayət törətməkdə ittiham olunur.


Müəllif: Nərgiz

Oxşar xəbərlər