Ermənistana səfər edən Kanadanın Baş naziri Castin Tüdora simvolik hədiyyə verilib.
Teleqraf.com xəbər verir ki, kanadalı baş nazir üçün Ermənistan bayrağının rənglərini özündə əks etdirən corab hazırlanıb.
O, İrəvanı tərk edərkən corabı geyinəcəyini deyib.
İki cüt corabdan bir cütü isə Ermənistanın Baş naziri Nikol Paşinyana verilib.
Qeyd edək ki, 45 yaşlı Castin Tüdorun xüsusi corab kolleksiyası var.