13 Oktyabr 2018 00:45
741
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə casusluqda ittiham olunaraq azadlıqdan məhrum olunmuş ABŞ vətəndaşı, keşiş Endryu Branson azadlığa buraxılandan həmən sonra vətəninə yola düşüb.

Xatırladaq ki, Endryu Branson 2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevirilişinə cəhddə iştirak etməkdə, terrorçu FETÖ və PKK qruplaşmaları ilə birlikdə fəaliyyət göstərməkdə ittiham olunub. İzmir əyalətinin Ağır Cinayətlərə Dair işlər üzrə Məhkəməsi oktyabrın 12-də onun 3 il 1 ay 15 gün azadlıqdan məhrum edilməsi haqqında qərar çıxarıb.

Endryu Branson ABŞ-ın təzyiqlərindən sonra oktyabrın 12-də azadlığa buraxılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər