13 Oktyabr 2018 12:03
831
12 Punto 14 Punto 16 Punto 18 Punto

Himalay dağlarında aramsız yağışlardan sonra meydana gələn torpaq sürüşməsi nəticəsində ən azı 9 nəfər həyatını itirib.

Teleqraf.com “Himalayan Tayms”a istinadla xəbər verir ki, Himalay dağlarında hündürlüyü 7193 metr olan Qurja yüksəkliyinin yamaclarında torpaq sürüşməsi baş verib.

Hadisə zamanı 3500 metr məsafədə qurulan düşərgədəki 5 koreyalı və 4 nepallı alpisnist həlak olub. Məlumata görə, sürüşməyə qar fırtınası səbəb olub.


Müəllif: Nərgiz

Oxşar xəbərlər