“Monstr” filmində ən yaxşı qadın roluna görə Oskar mükafatı almış aktrisa Şarliz Teron imposter (saxta qorxu) sindorumundan əziyyət çəkir.
Teleqraf.com xəbər verir ki, aktrisa “Elle” jurnalına müsahibəsində xəstəliyi haqqında narahatlığını bölüşüb.
Şarliz Teron təzə bir işə başlayanda qovulmaq və rüsvay olmaq qorxusu yaşadığını deyib.
Qeyd edək ki, bu sindiromla üzləşən insanlar özlərinə güvənmir və xəstəliyin fəaliyyətlərinə mənfi təsirindən qorxurlar.