İranın kəşfiyyat xidmətinin əməkdaşları Kermanşah əyalətində terror qruplaşmasını zərərsizləşdiriblər.
Teleqraf.com xəbər verir ki, terror qruplaşmasına qarşı keçirilən əməliyyat zamanı 2 terrorçu məhv edilib. Terrorçulardan bir neçə silah, qumbara və sənədlər götürülüb.
Bildirilir ki, terrorçular ölkəyə qərb sərhədlərindən daxil olublar.