Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentin buraxılması üçün sabah istefa verəcək.
Teleqraf.com xəbər verir ki, bu məlumatı parlamentdə təmsil olunan “Yelk” fraksiyasının sədri Lena Nazaryan açıqlayıb.
Nazaryan qeyd edib ki, yeni baş nazir parlamentin qurulmasından sonra seçiləcək.
Yeni Seçki Məcəlləsinin tətbiqi də sabahdan başlayacaq. İslahatlara Baş nazirin müavini Ararat Mirzoyan başçılıq edəcək.