Meksikanın Oaxaka ştatında sürüşmə nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.
Teleqraf.com "RİA Novosti"yə istinadla xəbər verir ki, Oaxakinin Mülki Müdafiə Xidməti San-Pedro-Okotepekdə torpaq altından 5 meyit çıxarıldığı barədə məlumat yayıb.
Evlərin dağıldığı zonada işlərin davam etdirildiyi bildirilir.
Bunadək əvvəl iki nəfərin, eləcə də bir uşağın meyitinin torpağın altından çıxarıldığı barədə məlumat verilmişdi.