19 Oktyabr 2018 19:07
816
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Trampın kürəkəni Jared Kuşner Səudiyyə Ərəbistanından olan jurnalist Camal Qaşıqçının öldürülməsinə münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, ABŞ-da nəşr olunan “Nyu-York Tayms” qəzeti prezidentin kürəkəni ilə bağlı ilginc iddia irəli sürüb:

“Jurnalist Camal Qaşıqçının öldürülməsindən hiddətlənən Jared Kuşner bundan sonra Səudiyyə Ərəbistanına qarşı başlamış kampaniyaya görə Ağ Evdəki iki siyasi dairəni ittiham edir. Kuşner Donald Trampı Səudiyyə vəliəhdi, şahzadə Məhəmməd bin Salmanı qorumağa çağırır.

Kürəkən hesab edir ki, jurnalistin öldürülməsində şahzadənin əli yoxdur. Buna arqument kimi Livan baş nazirinin qaçırılmasından sonra və Yəməndə yaranmış vəziyyətə görə Səudiyyə Ərəbistanına qarşı başlamış əks təbliğatı göstərir. Kuşnerə görə, bu kimi kampaniyalar süni formada həyata keçirilir və ABŞ-la Səudiyyə Ərəbistanını üz-üzə qoymağa xidmət edir”.

Qeyd edək ki, Səudiyyə Ərəbistanın İstanbuldakı baş konsulluğunda yoxa çıxan jurnalist Camal Qaşıqçının qətlə yetirildiyi iddia edilir.

İddiaya görə, qətlin sifarişi Səudiyyə taxtının vəliəhdi Məhəmməd bin Salman tərəfindən verilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər