Ukraynada təbii qazın əhali istehlakçı qrupu üzrə tarifi 23,5 faiz artırılıb.
Teleqraf.com Ukrayna mətbuatına istinadla xəbər verir ki, bu barədə Baş nazir Vladimir Qroysman Ali Radanın iclasında məlumat verib.
Onun sözlərinə görə, qazın hər 1000 kubmetrinin qiyməti 6958 qrivnadan (246.89 dollar) 8550 qrivnayadək (303.37 dollar) qaldırılıb: "Biz əvvəlcə qiyməti 60%-dək qaldırmağı düşünürdük. Ancaq sonra danışıqlar apardıq və güzəştə gedərək fərqli rəqəmdə qərarlaşdıq”.
Baş nazir bildirib ki, yeni tarif noyabr ayının 1-dən qüvvəyə minəcək: "Qərar Beynəlxalq Valyuta Fondu tərəfindən Ukraynaya növbəti kredit tranşı ayrılması üçün irəli sürülən şərtlər daxilində qəbul olunub".