22 Oktyabr 2018 01:35
1 149
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın son kraliçası Mariya Antoinettanın Fransa inqilabı dövründə taxta qutuda Brüsselə göndərdiyi ləl-cəvahiratı satışa çıxarılıb.

Teleqraf.com xəbər verir ki, ölkədən qaçmağa hazırlaşarkən kraliça öz ləl-cəvahiratını düşünsə də, onları görə bilməyib. “Vətən xaini” adı ilə edam edilən kraliçanın bu mirası Burbon Parma ailəsinə çatıb və nəsildən-nəsilə ötürülüb.

Qeyd edək ki, indi Nyu-Yorkda Sothebyts muzeyində sərgilənən bu ləl-cəvahirat noyabrın 14-də Cenevredə baş tutacaq hərracda açıq satışa çıxarılacaq. Mariya Antoinettanın tək inci ilə bəzənən almaz boyunbağısına iki milyon dollar qiymət qoyulub.


Müəllif: Aytən

Oxşar xəbərlər