Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.
Teleqraf.com xəbər verir ki, tərəflər terrorla mübarizə, Camal Qaşıqçı məsələsi və Suriyada son proseslər barədə fikir mübadiləsi aparıblar. Eləcə də rahib Endryu Bransonla bağlı hüquqi prosedur və FETÖ terror təşkilatı daxil olmaqla terrorla mübarizədə iş birliyi istiqamətində müzakirələr gedib.
Rəcəb Tayyib Ərdoğanla Donald Tramp Menbiç məsələsində yol xəritəsinin həyata keçirilməsinin vacibliyinə işarə edərək İdlib razılaşmasının əhəmiyyətini vurğulayıblar.
İki lider həmçinin Camal Qaşıqçı olayına aydınlıq gətirilməsi üçün anlaşıblar.