23 Oktyabr 2018 16:01
638
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Baş naziri Nikol Paşinyan baş nazirliyə namizədliyi irəli sürülüb.

Teleqraf.com xəbər verir ki, Paşinyanın namizədliyi Ermənistan parlamentindəki “Yelk” fraksiyası tərəfindən verilib.

Fraksiyanın rəhbəri Lena Nazaryan bildirib ki, onun namizədliyi Konstitusiya qaydalarına uyğun olaraq irəli sürülüb.

Qeyd edək ki, bu ilin dekabrında Ermənistanda növbəti parlament seçkiləri keçiriləcək.

Yeni parlament seçildikdən sonra ölkənin yeni baş nazirinin kimliyinə aydınlıq gətiriləcək. Baş nazir parlamentdə seçiləcək.

Onu da əlavə edək ki, Nikol Paşinyan qarşıdan gələn seçkilərlə əlaqədar ötən həftə istefa verib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər