Noyabrın 8-də Astanada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Dövlət Başçıları Şurasının sessiyası keçiriləcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Günün birinci yarısında KTMT-yə daxil ölkələrin xarici işlər nazirlərinin müşavirəsi olacaq. Günün ikinci yarısında isə dövlət başçıları səviyyəsində görüş keçiriləcək.
Qeyd edək ki, KTMT-yə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Ermənistan daxildir.